Ukrayna müxalifətinin fəalı bıçaqlanıb
05 fevral 2014 00:13 (UTC +04:00)

Ukrayna müxalifətinin fəalı bıçaqlanıb

Ukraynanın müxalifət təşkilatlarından «UDAR» Partiyasının fəalına naməlum şəxslər bıçaqla basqın ediblər.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, Kiyevin Desnyan rayonundakı piketdən evinə gedən partiya üzvü Albert Padyukova bıçaqla basqın edənlər üç zərbə endirib – ikisi döş qəfəsindən, biri isə baldırından. O, bu halda evinə gedib, təcili yardım çağırıb.

«UDAR»-ın təmsilçisi Oleq Qaryaqa  qeyd edib ki, partiya fəalı cərrahiyyə əməliyyatı olunub, hazırda təcili yardımın klinikasındadır.

 

Partiyanın mətbuat xidməti olayla bağlı bəyanat yayıb: «Sui-qəsdçilər fəalı vətəndaş mövqeyinə görə şikəst ediblər».

 

Olayla bağlı milis cinayət işi açıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492
avatar

Oxşar yazılar