Ukrayna hadisələrində günahlandırılan vəzifəli şəxslər cəzalandırıldı - YENİLƏNİB
14 dekabr 2013 19:00 (UTC +04:00)

Ukrayna hadisələrində günahlandırılan vəzifəli şəxslər cəzalandırıldı - YENİLƏNİB

Baş Prokurorluq noyabrın 30-na keçən gecə mitinqin dağıdılmasında günahlandırılan bu şəxslərin vəzifələrindən kənarlaşdırılaraq ev dustağı edilməsi barədə vəsatət qaldırıb 


 

 Kiyev meri Aleksandr Popov, paytaxtın milis rəisi Valeri Koryaka, Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədr müavini Vladimir Sivkoviç noyabrın 29-dan 30-na keçən gecə Müstəqillik Meydanındakı kütləvi aksiyanın dağıdılması ilə əlaqədar məsuliyyətə cəlb olunacaqlar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın baş prokuroru Viktor Pşonka deyib.

 

V. Pşonka Baş Prokurorluğun A. Popov və V. Sivkoviçin vəzifələrindən uzaqlaşdırılması və ev dustağı edilməsi haqda vəsatət qaldırdığını açıqlayıb: “Noyabrın 29-dan 30-na keçən gecə Popov və Sivkoviç Kiyev şəhər Baş Milis İdarəsinin rəisi Valeri Koryakanın kabinetində olublar. İstintaqın məlumatına əsasən, məhz onlar milis rəisini güc tətbiqi haqda qərar verməyə məcbur ediblər”.

 

Baş Prokurorluq Kiyevin milis rəisi Valeri Koryaka və onun müavini Pyotr Fedçuk haqqında da “xidməti və vəzifə səlahiyyətlərini aşma” maddəsi ilə cinayət işi qaldırıb. V. Pşonka bütün adı çəkilən şəxslərin ev dustağı edilməsində israrlı olacaqlarını söyləyib: “Dünən mən şəxsən prezidentə istintaqın gedişi haqda məlumat verdim. Prezidentlə razılaşdırdım ki, bu şəxslərin vəzifələrindən uzaqlaşdırılması üçün təqdimat vermək lazımdır”.

 

Məhkəmə dekabrın 16-17-də Baş Prokurorluğun vəsatətlərinə baxacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1530
avatar

Oxşar yazılar