Ukrayna Ali Radasının spikeri Vladimir Rıbak istefa ərizəsi yazıb. Lent.az-ın məlumatına görə, bu barədə vitse-spiker Ruslan Koşulinski açıqlama verib.
O, səbəb kimi xəstəliyini göstərib. Digər vitse-prezident, Ali Radada kommunistləri təmsil edən İqor Kaletnik də postunu tərk edib. Onun istefasının səbəbi və Ali Radaya kimin rəhbərlik edəcəyi hələ bilinmir.