Fransanın üç iri özəl televiziya kanalı müdafiə olunmaları ilə bağlı hökumətə müraciət ediblər.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Frans press» xəbər yayıb.
Həmin kanallar amerikalı «Google», «Apple» və «Netflix» kimi rəqiblərindən qorunmaqda Fransa hökumətindən yardım istəyib.
«TF1», «Canal1+» və «M6» telekanalların direktorları Fransanın mədəniyyət naziri Oreli Filipetti ilə görüşdə bu məsələ ilə bağlı «təcili tədbirləri» müzakirə ediblər.
«Söhbət iqtisadi böhrandan deyil, bu sektordakı sürətli dəyişiklərdən gedir»-deyə, direktorlardan biri söyləyib.
TV təmsilçilərinin sözlərinə görə, əyləncə proqramlarında dünyada tanınmış yeni şəxslərin üzə çıxması onların razatsızlığına səbəb olub.