Türkiyədə 3,7 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yerli vaxtla saat 03:33-də qeydə alınan yeraltı təkanların episentri Malatya şəhərindən 43 km şimal-qərbdə, ocağı 2 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.