Türkiyənin Bursa vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.
APA-nın "Milliyet"-ə istinadən verdiyi xəbərə görə, Boğaziçi Universitetinin Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun məlumatına əsasən, yeraltı təkanlar oktyabrın 25-də yerli vaxtla saat 00:04-də qeydə alınıb.
Ölənlər və dağıntılar barədə məlumat yoxdur.