Türkiyənin Bingöl vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla saat 21:57-də qeydə alınıb.
Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.