Mardinin Derik mahalında PKK terrorçularının polis şöbəsinə silahlı hücumunun ardından bölgəyə göndərilən hərbi maşına da silahlı hücum təşkil edilib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, terrorçuların hərbi maşına hücumu zamanı iki əsgərin şəhid olduğu bildirilir.
Bu gün səhər saatlarında Hakkari mahalında da PKK terrorçuları ilə polis əməkdaşları arasında atışma olub. Atışma zamanı 4 nəfər şəhid olub.