Türkiyədə hərbçilərə növbəti hücüm: 1 ölü, 26 yaralı - <span style="color:red;">YENİLƏNİB
02 may 2016 02:20 (UTC +04:00)

Türkiyədə hərbçilərə növbəti hücüm: 1 ölü, 26 yaralı - YENİLƏNİB

0

Diyarbəkir əyalətinin Diclə rayonunda törədilən partlayış nəticəsində 1 hərbçi ölüb, 26 nəfər yaralanıb.

 

APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, aralarında mülkü vətəndaşların də olduğu yaralılar helikopter və təcili yardım maşınları ilə Diyarbakır Hərbi Hospitalına göndərilib..

 

Son məlumata əsasən, yaralılardan 3-ün vəziyyətinin ağır olduğu bildirilir.

 

***

 

Diyarbəkir əyalətinin Diclə rayonunda partlayış baş verib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident jandarm binası yaxınlığında qeydə alınıb.

 

Partlayışın PKK terror təşkilatı tərəfindən həyata keçirildiyi ehtimal edilir.

 

Müxtəlif məlumatlara görə, hadisə nəticəsində 3-dən 10-dək hərbçi yaralanıb.

 

Qeyd edək ki, mayın 1-də Türkiyənin Gaziantep şəhərində Polis İdarəsinin qarşısında bomba yüklü avtomobilə törədilən partlayış nəticəsində 2 polis şəhid olub, 18-i polis əməkdaşı olmaqla, 22 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 401

Oxşar yazılar