Türkiyənin Tunceli Ovacık mahalında ədliyyə binasının yaxınlığında partlayış baş verib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, partlayışın əsas hədəfi ədliyyənin binası imiş. Partlayış zamanı yaralananların olduğu deyilir. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını sövq edilib.