Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) daha bir millət vəkili istefa verib.
APA-nın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Burdur millət vəkili Həsən Hami İldırım istefasının partiyasındakı antidemokratik mühitlə əlaqələndirib. O, şəxsi haqq və hüqüqların, hüqiqi dövlət anlayışının və qanunun aliliyi prinsiplərinin pozulduğunu və bundan qorxduğunu ifadə edib.
Qeyd edək ki, H. İldırım bundan əvvəl də “tvitter” sosial şəbəkəsində “prokuror Muammer Akkaşa təzyiq edilməsi qəbuledilməzdir, hüququn aliliyini qoruyan dövlətdə belə təzyiqlər xoş qarşılana bilməz” yazmaqla etirazını bildirmişdi.