Türkiyədə dəhşətli qəza: 14 ölü, 26 yaralı - <span style="color:red;">YENİLƏNİB-1
06 iyun 2016 03:10 (UTC +04:00)

Türkiyədə dəhşətli qəza: 14 ölü, 26 yaralı - YENİLƏNİB-1

0

Türkiyənin  Osmaniyə şəhərində şagirdləri daşıyan avtobusun su kanalına düşməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb.

 

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 26 nəfər xəsarət alıb.

 

Dəqiqləşdirilmiş məlumata əsasən, qəzada 6 məktəbli, 3 qız və 3 oğlan ölüb. Avtobusun sürücüsü daxil olmaqla, daha 7 nəfərin öldüyü də təsdiqlənib. Qəza sürücünün idarəetməni qəfildən itirməsi səbəbindən baş verib.

 

Hadisə ilə əlaqədar istintaq davam etdirilir.

 

***

 

Türkiyənin Osmaniyə şəhərində məktəbliləri daşıyan avtobusun su kanalına düşməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb.

 

APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, məktəblilərin ikisi xəstəxanaya çatdırıldıqdan sonra həyatlarını itiriblər.


Bildirilir ki, hadisə nəticəsində çox sayda yaralanan var.

 

İlkin məlumata əsasən, qəza sürücünün idarəetməni qəfildən itirməsi səbəbindən baş verib. 

 

***

 

Türkiyənin Osmaniyə şəhərində məktəbliləri daşıyan avtobus su kanalına düşüb.

 

APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 8 nəfər ölüb.

 

Avtobusda 30-dan çox şagirdin olduğu bildirilir. Hadisə yerində xilasetmə əməliyyatı davam edir. Ölənlərin sayının artma ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 531

Oxşar yazılar