Türkiyənin Aydın vilayətinin Söke bölgəsində ağır yol qəzası baş verib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, turizm şirkətinə məxsus sərnişin avtobusunun aşması nəticəsində 45 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Məlumata görə, Şaban Özdərənin idarə etdiyi avtobus Bodrum-İstanbul marşrutu üzrə hərəkət edirmiş. Qaranlıq yolda sürücü idarəetməni itirib və avtobus yol kənarına aşıb.
Hadisə yerinə polis, xilasedicilər, təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar ətraf bölgələrdəki xəstəxanalara çatdırılıb. Sürücü özü də xəsarət alanların arasındadır. Yaralılardan ikisinin vəziyyətinin daha ağır olduğu bildirilir.
Yol qəzasının səbəbləri barədə məlumat verilmir.
***
Türkiyənin Aydın vilayətində ağır yol qəzası baş verib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, turizm şirkətinə məxsus sərnişin avtobusunun aşması nəticəsində 20 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Hadisə yerinə polis, xilasedicilər, təcili briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya qaldırılıb.
Qəzanın səbəbləri barədə məlumat verilmir.