Türkiyənin Kahramanmaraş vilayətində 9 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, sərnişinlə dolu olan mikroavtobus yüksək sürətlə yük maşınına çırpılıb. İlkin məlumata görə, qəza nəticəsində 9 nəfər ölüb, daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Kahramanmaraş-Adıyaman yolunda baş verən qəzadan sonra yol bir müddət bağlı qalıb. Ölənlərin sayının artacağı istisna edilmir.