Türkiyə Təhlükəsizlik Şurasının toplantısı  başa çatıb
26 dekabr 2013 20:42 (UTC +04:00)

Türkiyə Təhlükəsizlik Şurasının toplantısı  başa çatıb

Türkiyə Milli Təhlükəsizlik Şurası 2013-cü ilin son toplantısını keçirib.

 

Lent.az-ın «habertürk»-ə istinadən məlumatına görə, prezident Abdullah Gülün  sədrliyi ilə keçirilən toplantı 3,5 saat sürüb.

 

Nazirlər kabinetinin tərkibində edilən dəyişiklikdən sonra baş nazirin müavini Əmrullah İşlər və daxili işlər naziri Əfqan Ala bu yığıncağa ilk dəfə qatılıb.

 

Baş nazirin keçmiş müavini Bəkir Bozdağ isə iclasa ədliyyə naziri kimi toplantıda iştirak edib.

 

Şuranın yığıncağında Suriya, Orta Şərq, Afrikanın Şimalı, İraqdakı vəziyyət müzakirə edilib.

 

Toplantıda 2013-cü ildə ölkə vətəndaşlarının təhlükəsizliyi ilə bağlı məsələlər, bu yöndə görüləcək işlər müzakirə edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 959
avatar

Oxşar yazılar