Türkiyə daha 2 şəhid verdi
20 aprel 2016 02:13 (UTC +04:00)

Türkiyə daha 2 şəhid verdi

Türkiyənin cənub-şərqində PKK terror qruplaşmasına qarşı əməliyyat zamanı 2 hərbçi həlak olub, 6 nəfər yaralanıb. APA-nın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

 

“Aprelin 19-da Türkiyənin Şirnak şəhərində PKK terror qruplaşmasına qarşı əməliyyat zamanı kustar üsulla hazırlanmış partladıcı qurğunun işə salınması nəticəsində 2 hərbçi həlak olub. Daha dörd hərbçi və təhlükəsizlik xidmətinin iki əməkdaşı yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar”, - deyə məlumatda bildirilir.   

 

 Bundan əvvəl Türkiyədə sutka ərzində 16 PKK terrorçusunun öldürüldüyü bildirilmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Oxşar yazılar