Tunisdə yeni baş nazir seçildi
15 dekabr 2013 06:15 (UTC +04:00)

Tunisdə yeni baş nazir seçildi

Tunisdə hökumət böhranının həll edilmək ehtimalı artıb.

 Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, milli barışıq yönündə aparılan danışıqlar nəticəsində Mehdi Cüməə ölkənin baş naziri seçilib.

Cüməənin namizədliyi həm hakimiyyəti, həm də müxalifət təmin edib. Onu təqdim edilən 6 namizədin arasından seçiblər. Cüməə növbəti seçkiyədək bu vəzifədə qalacaq. Seçkilərin isə dekabrda keçiriləcəyi planlaşdırılıb. 

60 yaşlı bu siyasətçi 2013-cü ilin martından ölkənin sənaye naziri vəzifəsini daşıyıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620
avatar

Oxşar yazılar