Ötən il Bostonda marafonda partlayış törətmiş Cohar Tsranayevin məhkəməsi 2014-cü il noyabrın 3-də keçiriləcək.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bunu ABŞ-ın Massaçusets ştatının prokurorluğu bildirib.
Müttəhimin vəkil məhkəmə dinləmələrinin 2015-ci ilin sentyabrına və ya daha gec müddətə keçirilməsini xahiş etmişdi. O, bunu çoxsaylı sənədlərin öyrənilməsi ilə əsaslandırmışdı.
Xatırladaq ki, 2013-cü il aprelin 15-də 12 saniyə ara ilə iki partlayış baş vermişdi. Həmin qanlı olay nəticəsində 3 nəfər həlak olmuş, 260-dan çox sakin yaralanmışdı. Partlayışı 26 yaşlı Tamerlan və 20 yaşlı Cohar Tsarnayev qardaşları törətmişdi.
Tamerlan polislə atışmada öldürülmüş, Cohar isə yaralanmışdı.