ABŞ-ın federal məhkəməsində Cohar Tsarnayev ona qarşı sürülən bütün ittihamları rədd edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ona qarşı 30 müddəalıq ittiham irləi sürülüb. Onların arasında 4 qətllə bağlı maddə də var.
Həmin qətllərin 3-ünün aprelin 15 Bostondakı marafonda törədildiyi iddia olunur.
17 ittham maddəsi öz təsdiqini taparsa, onda Tsarnayev ya ömürlük azadlıqdan məhrum ediləcək, ya da edam olunacaq.
Bundan başqa məhkəmə iclasçılar onu suçlu sayarsa, cəza tədbiri üçün onlar ayrıca məhkəmə iclası təyin olunacaq.
ABŞ Ədliyyə Nazirliyinin təmsilçiləri bildirib ki, onlar C.Tsarnayev üçün ən yüksək cəza tələb edəcəklər.