
Trampın Colan yüksəklikləri barədə qərarının tarixi açıqlandı
ABŞ prezidenti Donald Tramp sabah İsrailin Colan yüksəklikləri üzərində suverenliyini tanıyacaq.
ONA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün İsrail xarici işlər naziri İsrael Kats bəyan edib.
Sabah D. Tramp Ağ Evdə İsrail baş naziri Binyamin Netenyahu ilə görüşəcək. İ. Kats deyib ki, sabah D. Tramp İsrail baş naziri Binyamin Netenyahunun iştirakı ilə İsrailin Colan yüksəklikləri üzərində suvereniteti barədə bəyannaməni imzalayacaq. İsrail xarici işlər naziri bildirib ki, ölkəsi ilə ABŞ arasında münasibətlərin hazırda heç vaxt olmadığı qədər möhkəmdir.
Qeyd edək ki, D. Tramp martın 21-də Vaşinqtonun İsrailin Colan yüksəklikləri üzərində suverenliyini tanımalı olduğunu bəyan edib. ABŞ prezidenti hesab edir ki, bu yüksəkliklər strateji əhəmiyyətlidir və İsrailin təhlükəsizliyi üçünv vacibdir.
Xatırladaq ki, 1944-cü ildən Suriyaya məxsus olan Colan yüksəklikləri 1967-ci ildə 6 günlük müharibə zamanı İsrail tərəfindən işğal edilib. 1981-ci ildə İsrail parlamenti Colan yüksəklikləri üzərində bu ölkənin suverenliyini elan edib. Ancaq BMT Təhlükəsizlik Şurası 17 dekabr 1981-ci ildə qətnamə qəbul edərək İsrailin bu qərarını qanunsuz sayıb.
Oxşar yazılar

Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar - FOTO
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22