«Batkivşina» Partiyasının lideri, keçmiş baş nazir Yuliya Timoşenko Berlinin «Şarite» («Sharite») klinikasında müalicə olunacaq.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, fevralın 2-də uyğun təklifi Almaniyanın kansleri Angela Merkel edib.
«Timoşenko Avropa xalq Partiyasının zirvə toplantısına getməyi planlaşdırıb. Oradansa müalicə olunmaq üçün klinikaya gedəcək» -deyə, keçmiş baş nazirin saytında bildirilib.
2012-ci ildə almaniyalı həkimlər Y.Timoşenkoya onurğa sütununda, fəqərələrarası yırtıq diaqnozu qoymuşdu.