Tiflis : prezident tərəfdarları ilə keçmiş siyasi məhbuslar arasında toqquşma
08 fevral 2013 21:45 (UTC +04:00)

Tiflis : prezident tərəfdarları ilə keçmiş siyasi məhbuslar arasında toqquşma

Fevralın 8-də Gürcüstanda siyasi status adı ilə azad edilən keçmiş məhbuslar Gürcüstan paytaxtında etiraz aksiyası keçiriblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, keçmiş siyasi məhbuslar Gürcüstan prezidenti Mixail Saakaşvilinin Milli Kitabxanada çıxış etdiyi tədbirdə iştirak etmək istəyiblər. Lakin məlumata görə, onlara icazə verilməyib. Nəticədə məhbuslar Milli Kitabxananın qapısını və pəncərə şüşələrini sındırıblar. Polis işə qarışaraq onların qarşısına canlı divar çəkib.

 

İştirakçılar dipkorpus nümayəndələrindən başqa, digər şəxsləri kitabxanaya buraxmayacaqlarını bildiriblər. Sonda Mixail Saakaşvili növbəti ənənəvi məruzə ilə çıxış etmək fikrindən daşınıb. Məlumata görə, Milli Kitabxanada da prezidentin çıxışı baş tutmayıb. Kitabxana qarşısına toplaşan çoxsaylı etiraz iştirakçıları buna imkan verməyiblər. Nəticədə Tiflis şəhər meri və təhlükəsizlik şurasının katibi fiziki təhqirə məruz qalıb.

 

Xatırladaq ki, Gürcüstan parlamenti Mixail Saakaşvili parlamentdə ənənəvi çıxışı fevralın 8-nə planlaşdırılmışdı. Lakin parlamentin çoxluqda olan deputatları onun çıxışına imkan verməyiblər. Parlament sədri David Usupaşvili prezidentin hər il ənənəvi məruzə ilə çıxış etdiyini bildirib. “Lakin çoxluq deputatların mövqeyi budur ki,  prezidentə çıxış etmək hüquq o vaxt veriləcək ki,  konstitusiyaya aid dəyişikliklər haqqında qərar qəbul edilsin və bundan sonra parlamentə və onun komandasına konstitusiya hüququndan istifadə etmək imkanı veriləcək”.

 

Gürcüstanın baş naziri Bidzina İvanişvili prezidentin Milli Kitabxanadakı çıxışına münasibət bildirib: “Mişa parlamentə getmir. O, kitabxanaya üz tutub”. Onun sözlərinə görə, prezident kitabxanaya oxumaq üçün getmir. “O, oxucu deyil, yazıçı da deyil, Mişa danışandır”, deyə Bidzina İvanişvili bildirib.

 

Gürcüstan daxili işlər naziri İrakli Qaribaşvili vəziyyətə nəzarət edəcəklərini və hüquq-mühafizə işçilərinin qayda-qanunu qoruyacaqlarını insident törədənlərin cəzalandırılacağını bildirib.

 

Parlament sədri David Usupaşvili baş verən insidenti prezidentin təxribata getdiyini bildirib: “Prezident getdikcə hakimiyyəti itirir, ona görə belə təxribatlar törətməyə çalışır. Mən xalqdan xahiş edirəm ki, təxribata uymasınlar. Biz prezidentin çıxışını sadəcə olaraq təxirə salmışdıq, o, fevralı 26, ya da 28-də çıxış edə bilərdi. Prezident isə çıxış üçün kitabxananı seçib”.

 

Məlumata görə, prezident ənənəvi çıxışını prezident iqamətgahından səsləndirməyi qərara alıb

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 912
avatar

Oxşar yazılar