Ukraynada daha bir vertolyot vurulub. Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, şahidlər vertolyotun dağın üzəri ilə uçarkən vurulduğunu bildirib.
Mənbənin məlumatına əsasən, terrorçular Slavyanskda, Karaçun dağı yaxınlığında Ukraynanın “Mi-8” hərbi vertolyotunu vurub.
«İnformasiya müqaviməti» qrupunun rəhbəri Dmitri Tımçuk “Facebook” səhifəsində yazıb: “Vertolyot terrorçular tərəfindən Daşınan Hava Müdafiə Sistemi (Zenit qurğusu) vasitəsi ilə vurulub”.
İlkin məlumata əsasən, olay nəticəsində 9 hərbçi, o cümlədən 3 ekipaj üzvü ölüb.