Tailandda ölkə rəhbərliyindəki şəxslərin var-dövlətinin həcmi açıqlanıb. Lent.az-ın məlumatına görə, baş nazir Prayut Kan-o-kanın 3,9 milyon dollarlıq varidatının olduğu hesablanıb. Bundan başqa Tailand Nazirlər Kabinetinin 33 üzvünün var-dövləti də ictimaiyyətə bildirilib.
Qeyd olunub ki, ən varlı hökumət nümayəndəsi hazırda baş nazirin köməkçisi olan Pridiyartorn Devakuladır - 42,2 miyon dollar. Ən kasıb kabinet üzvü isə təhsil naziri Naronq Pipatanasaydır - 190 min dollar.