Taqanroqda bina uçub, dağıntılar altında qalanlar var
13 dekabr 2012 20:11 (UTC +04:00)

Taqanroqda bina uçub, dağıntılar altında qalanlar var

0

 

Rostov vilayəti, Taqanroq şəhəri, Çexov küçəsi, ev 25 ünvanında tikilməkdə olan üçmərtəbəli bina uçub.

 APA-nın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər müxtəlif xəsarətlər alıb. İlkin məlumata görə, daha 5 nəfər dağıntılar altında qalıb.

Hadisə baş verən anda 15 nəfərin dağıntılar altında qaldığı barədə məlumat yayılsa da, hüquq-mühafizə orqanlarındakı mənbə sonradan 23 nəfərin xilas edildiyini, dağıntılar altında 4 nəfərin qaldığını açıqlayıb. Rusiya Federasiya Fövqəladə Hallar Nazirliyi isə uçqun altında qalanların 5 nəfər olduğunu bildirib.

Xilasetmə tədbirləri davam etdirilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 613

Oxşar yazılar