BMT-nin müsəlman azlıqları ilə bağlı xəbərdarlığına baxmayaraq, Tailand hökuməti ölkədə sığınacaq axtaran müsəlmanları Tailanddan çıxarıb. Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, hökumət 15-i qadın olmaqla 73 müsəlmanı bir gəmiyə mindirərək Myanmara göndərib.
Beynəlxalq İnsan Hüquqları Təşkilatları Tailandın bu cür hərəkətini müsəlmanlara hörmətsizlik və qeyri-insani rəftar kimi qiymətləndirib.