BMT və Ərəb Dövlətləri Liqasının özəl təmsilçisi əl-Lahdar Brahimi Suriyadakı rejim təmsilçiləri ilə müxalifət nümayəndələri arasında danışıqların kəsilmədiyini söyləyib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, keçid hökumətin yaradılması probleminin müzakirəsinə başlanılıb.
«Biz başqa məsələlərlə yanaşı keçid hökumətinin yaradılmasını da müzakirə etdik»-deyə, o, bildirib.
Özəl təmsilçi danışıqların ikinci mərhələsinin nəticələrindən razı qaldığını söyləyib: «Tərəflərin mövqeyi arasında yetərincə fərq var. Bu dəfə elə bir nəticə gözləmirəm».
Onun sözlərinə görə, danışıqların növbəti mərhələsinin tarixi yanvarın 31-də təyin olunacaq.