Bu gün Türkiyənin Hatay vilayəti ərazisində, Suriya sərhədində 1 əsgər şəhid olub.
APA-nın "Hürriyet"ə istinadən yaydığı məlumata görə, hadisə Hatayın Reyhanlı qəsəbəsində baş verib. Suriya istiqamətindən naməlum şəxs və ya şəxslər Türkiyə ərazisinə atış açıb. Nəticədə sərhəddə güllə yarası alan türk əsgəri həlak olub.