Suriyadakı fələstinlilər aclıqla üz-üzə: 15 qaçqın ölüb
31 dekabr 2013 05:38 (UTC +04:00)

Suriyadakı fələstinlilər aclıqla üz-üzə: 15 qaçqın ölüb

Suriya paytaxtı Dəməşq yaxınlığındakı Yarmuq qaçqın düşərgəsində 15 fələstinli aclıqdan ölüb.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu haqda BMT-nin Fələstin qaçqınlarına yardım üzrə agentliyi bildirib.

 

Agentliyin təmsilçisi Kris Qannes qeyd edib ki, həmin düşərgədə 20 minə yaxın fələstinli qaçqın yaşayır: «Ərazi bütövlükdə mühasirəyə alındığından oradakı qaçqınların 10 faizi ərzaq çatışmazlığına görə aclıqdan ölmə təhlükəsi ilə üz-üzədir. Yarmuqda ərzaq və dərman ehtiyatı tükənmək üzrədir. 2013-cü ilin sentyabrından biz düşərgəyə həyati vacib məhsullar apar bilmirik».

 

Agentliyin başçısı Filippo Qrandi düşərgədə vəziyyətin günü-gündən ağırlaşdığını bildirib : «Əgər bununla bağlı bir iş görülməzsə, minlər insana, o cümlədən uşaqlara yardım etmək gec olacaq» .

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684
avatar

Oxşar yazılar