Suriyada radikal islamçılar Əsədi dəstəkləyən ermənilərə divan tutdu
23 yanvar 2014 18:45 (UTC +04:00)

Suriyada radikal islamçılar Əsədi dəstəkləyən ermənilərə divan tutdu

Suriyada radikal islamçı "ƏL-Nusrə" qrupu Məəlul şəhərində katolik kilsəsinin arxiepiskopunu girov götürüblər. Onlar qeyri-müsəlman sakinlərin islamı qəbul etməsini tələb edirlər. Əvvəllər də erməni və digər xristian ailələrin islamı qəbul etməsi ilə bağlı zorakılıq faktları qeydə alınıb. Melk kilsəsinin patriarxı Qriqoriy 3-cü Laham deyib ki, son günlərdə orada xristian olduqlarını bəyan edən insanlar güllələniblər. Nəticədə 215 nəfər öldürülüb. O, haqqında söhbət gedən 215 nəfərin din uğrunda mübarizlər kimi müqəddəs  elan olunmasına çağırır. Öldürülənlərin  əksəriyyətinin erməni əsilli suriyalı olduğu bildirilir. Patriarx hesab edir ki, erməni arxiepiskopların oğurlanması və öldürülməsi onların hökumətinin Bəşər Əsəd rejimini tanıması və hökumət qüvvələrini dəstəkləməsinə görə baş verir. APA TV-nin xəbərinə görə, o, "Burda dini etiqad məsələsi də var. Mücahidlər erməniləri  kompakt yaşadığı ərazilərdə islamı qəbul etməyə məcbur edirlər"- deyə, bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2395
avatar

Oxşar yazılar