Suriyada İŞİD 48 nəfəri edam etdi
30 may 2016 20:39 (UTC +04:00)

Suriyada İŞİD 48 nəfəri edam etdi

0

Suriyada İŞİD terror qruplaşmasının silahlıları kürdlərin başçılıq etdiyi “Suriya Demokratik Qüvvələri” ilə əlaqədə şübhəli bilinən 48 nəfəri edam edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə mayın 27-də baş verib.

 

Bildirilir ki, silahlılar dinc sakinləri bir yerə toplayaraq edam ediblər. Qeyd edək ki, “Suriya Demokratik Qüvvələri” hazırda İŞİD-in nəzarəti altında olan Suriyanın Rakka və Tabka şəhərlərinin azad edilməsi uğrunda döyüşlərdə iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 459

Oxşar yazılar