Suriya-Türkiyə sərhədində partlayış: azı 20 nəfər ölüb
21 fevral 2014 10:09 (UTC +04:00)

Suriya-Türkiyə sərhədində partlayış: azı 20 nəfər ölüb

Fevralın 21-də gecə Türkiyənin Kilis Öncüpinar sərhəd keçid məntəqəsinin Suriya hissəsində  partlayış baş verib.

 

Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, Suriyanın Bab əs-Səlam rayonunda avtomobilə quraşdırılan bombanın partlaması nəticəsində azı 20 nəfər həlak olub.

 

Mənbə bildirib ki, bu bölgəyə Azad Suriya Ordusu nəzarət edir. Əl-Qadəyə bağlı «İraq Şam İslam Dövləti»  yaraqlılarının yük avtomobilinə quraşdırdığı bomba partlayıb.

 

Hadisə Türkiyə tərəfdə də vahimə yaradıb. Sərhədi keçən 50-yə yaxın yaralı Kilisdəki dövlət xəstəxanasına yerləşdirilib.  

 

 

Partlayışdan sonra Öncüpinar sərhəd- keçid məntəqəsinə giriş dayandırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1049
avatar

Oxşar yazılar