Sakit okeanda Solomon adaları yaxınlığında 8 bal gücündə zəlzələ baş verib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,yeraltı təkanların mərkəzi Santa-Krus adasının 6 km-liyi olub.
Zəlzələnin ocağı 33 m dərinlikdə yerləşib.
Okeaniyanın cənubunda sunami barədə xəbərdarlıq edilib. Xəbərdarlıq Vanuatu, Nauru, Papua - Yeni Qvineya, Yeni Kaledoniya, Fidji və başqa adalar qrupunda elan olunub.