Sinqapurda təyyarə eniş edərkən yandı
27 iyun 2016 05:35 (UTC +04:00)

Sinqapurda təyyarə eniş edərkən yandı

0

Sinqapurun “Çanqi” hava limanında “Singapore Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi eniş edərkən yanıb.


APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə,  Sinqapur-Milan marşrutu ilə uçan təyyarə havaya qalxandan sonra yaranmış texniki problemlə əlaqədar  geri dönüb.

İlkin məlumata əsasən, buna səbəb yanacaq sızması olub.  Eniş zamanı təyyarənin sağ qanadı tamamilə yanıb.  Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər qısa müddətdə yanğının qarşısını alıb.  Hadisə nəticəsində zərərçəkən olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 496

Oxşar yazılar