Şimali Koreyada toy və yaslara qadağa qoyuldu
02 may 2016 05:44 (UTC +04:00)

Şimali Koreyada toy və yaslara qadağa qoyuldu

Şimali Koreyanın lideri Kim Çen In Əmək Partiyasının qurultayınadək ölkədə toy və yas mərasimlərinə qadağa qoyub.

 

APA-nın məlumatına görə, bu barədə “The Sunday Times” yazıb.

 

“Bu addım təhlükəsizliyin möhkəmləndirilməsi və qurultayın nümunəvi şəkildə keçirilməsinə yönəlib”, rəsmi mənbələr bildirib.

 

Qeyd olunur ki, paytaxt Pxenyan şəhərinə bütün giriş və çıxışlar bağlanacaq.

 

 Şimali Koreyada  son 36 ildə ilk dəfə Əmək Partiyasının qurultayı keçiriləcək. Hakim partiyanın sayca VII qurultayı mayın 6-a planlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 346

Oxşar yazılar