Son günlərdə Səudiyyə Ərəbistan ərazisinə narkotik maddə gətirən Pakistanın iki vətəndaşı edam edilib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, onların başı üzülüb. Həmin pakistanlıları edam etməklə Səudiyyə Ərəbistanı 2014-cü ildə edam «siftəsini» edib.
Qırmızı dəniz sahilində yerləşən Ciddə şəhərində mədəsində krallıq ərazisinə narkotik maddə keçirmək istəyən Hüseyn Nizari Hüseynin baş üzülüb. O biri pakistanlı Zahid Xan Bərəkətin başı isə ölkənin şərqində Katifə şəhərində kəsilib.
Mənbə xatırladıb ki, 2013-cü ildə Səudiyyə Ərəbistanında 78 nəfər edam olunub. Ondan bir il öncə bu cəzaya məruz qalanların sayı 76 olub. Hüquq müdafiəçilərinin məlumatına əsasən, 2012-ci ildə edam olunanların sayı 79 nəfərdir.
Krallıq ərazisində şəriət hökmləri qüvvədədir. Həmin hüquqa əsasən, qətl, cinsi təcavüz, islamdan dönmə (mürtədlik),silahlı soyğun, narkotik maddələrin alveri kimi əməllərin cəzası edamdır.