Səfirlik Suriyada vətəndaşının oğurlanmasından xəbərsizdir
17 dekabr 2012 22:25 (UTC +04:00)

Səfirlik Suriyada vətəndaşının oğurlanmasından xəbərsizdir

0

Moskvanın Dəməşqdəki səfirliyi Suriyada Rusiya vətəndaşının oğurlanması xəbərini yoxlayır.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda səfirliyin mətbuat attaşesi Sergey Markov açıqlama verib.

«Biz bu xəbəri yoxlayırıq. Hazırda Rusiya vətəndaşının oğurlanması barədə bizə heç bir informasiya daxil olmayıb»-deyə, attaşe bildirib.

Dekabrın 17-də isə İtaliyanın «Sky TG24» telekanalı iki Rusiya və İtaliya vətəndaşının məlum olmayan şəxslər tərəfindən oğurlandığına dair xəbər yaymışdı.

İtaliya Xarici İşlər Nazirliyin məlumatına da isə bildirilib ki, Suriyanın Latakiya şəhəri yaxınlığında poladəritmə zavodunun üç əməkdaş, o cümlədən italiyalı mühəndis Mario Belluomo oğurlanıb.

 

Cari ilin oktyabrın isə bu ölkədə Rusiya telekanallarından biri ilə əməkdaşlıq edən ukraynalı jurnalist Anxar Koçneyeva qaçırılmışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 615

Oxşar yazılar