Ali Radanın deputatı Nadejda Savçenko Ukraynada vaxtından əvvəl parlament seçkilərinin keçirilməsinə çağırıb.
APA-nın məlumatına görə, o bunu Associated Press agentliyinə müsahibəsində bəyan edib.
“Yeniliyə böyük ehtiyac var. Ümumilikdə, Ukrayna xalqı daha yaxşı hökumətə layiqdir. Hazırkı hökumət xalqın etimadını doğrulda bilmir”, deyə N.Savçenko bildirib.