Ermənistan prezidenti Serj Sarkisyanın atası Azat Sarkisyan bu gün Xankəndinə dəfn olunub. Lent.az-ın modern.az-a istinadən məlumatına görə, dəfn mərasimində iştirak etmək üçün “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyan, parlament sədri Ovik Abramyan, hökumət üzvləri, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, Minsk Qrupunun həmsədrləri (İqor Popov, Jak For, Ceyms Uorlik) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Xankəndində keçirilən anım mərasimində olublar.
O da qeyd olunur ki, çoxlu sayda xarici qonaqlar da anım cənazə mərasimində iştirak ediblər.
Qeyd edək ki, erməni prezidentin atası Azərbaycanın işğal olunmuş ərazisi olan Xankəndində yaşayırdı.