San-Fransisko körfəzində batmış sərnişin gəmisi 113 ildən sonra tapıldı
16 dekabr 2014 02:51 (UTC +04:00)

San-Fransisko körfəzində batmış sərnişin gəmisi 113 ildən sonra tapıldı

0

San-Fransisko körfəzində 1901-ci il fevralın 22-də batmış “Rio-de-Janeyro” adlı sərnişin gəmisinin qalıqları tapılıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, bu barədə  “San Francisco Chronicle” qəzeti xəbər verib. Kapitan Uilyam Uardın səhvi nəticəsində qəzaya uğrayan və üzəri qalın gil qatı ilə örtülmüş gəmi batiskafla San-Fransiskodan cəmi bir kilometr aralıda, dənizin 87 metr dərinliyində aşkarlanıb.

 

Çindən ABŞ-a gedən gəmidə 210 sərnişin və heyət üzvü varmış. Onun qayalara çırpılaraq 10 dəqiqə ərzində batması 128 nəfərin ölümünə səbəb olmuşdu. Qəzadan yalnız 82 nəfər salamat qurtara bilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar