Rusiyanın Samara şəhərində qeyri-qanuni ibadət evində 60 nəfər "Sələfi" təriqətinə mənsub şəxslər saxlanılıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Federal Təhlükəsizlik Xidmətinin Samara vilayəti üzrə İdarəsinin nümayəndəsi bildirib.
“Həyata keçirilən əməliyyat nəticəsində 60-dək nəfər saxlanılıb. Bu qrupun bir sıra üzvü hazırda Suriyada qeyri-qanuni hərbi birləşmələrin iştirakçılarıdır. Axtarış zamanı qeyri-qanuni ibadət evində əldəqayırma partlayıcı maddə və radikal məzmunlu ədəbiyyat aşkar edilib. Araşdırmalar davam etdirilir, faktla bağlı cinayət işinin açılması gözlənilir”, deyə FTX nümayəndəsi bildirib.