Dekabrın 29-da Çaparrastik vulkanını püskürməsi ilə bağlı xəbərdarlıqdan sonra Salvadorun şərqindəki minlərlə sakin öz evini tərk edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qəhvə becərilən bölgənin əhalisi vulkan püskürməzdən öncə güclü partlayış səsi eşitdiklərini, ardınca havada tüstü duman və kül gördüklərini söyləyib.
Mülki müdafiə qurumundan bildirilib ki, vulkan baş verən zonanın 3 km-iliyindəki sakinlərin hamısı köçürülüb, xəsarət alan yoxdur.
Köçürülən əhali üçün müvəqqəti sığınacaq yaradılıb.