Fevralın 15-də Ukrayna paytaxtı Kiyevdə keçirilən məhkəmə prosesində şahidlərdən biri iddia edib ki, keçmiş baş nazir, hazırda həbsxanada olan Yuliya Timoşenko deputatlardan birinin öldürülməsi üçün qatilə 3 milyon dollar verib. O, iddia edib ki, bu hadisə 16 il əvvəl baş verib.
Fevralın 14-də keçirilən başqa bir məhkəmədə də şahid Timoşenkonu 1996-cı ildə Yevgeni Şerbanın qətlini sifariş verməkdə ittiham edib.
Yuliya Timoşenko vəzifədən «sui-istifadə və korrupsiya ittihamları» ilə hazırda həbsxanadadır. Bu ittihamlar görə, o, 7 il azadlıqdan məhrum edilib.
Fevralın 14-də məhkəməyə gəlməkdən imtina etdiyi üçün hakim onun 2 000 dollar cərimə olunması barədə qərar çıxarıb.
Amma hazırda həbsxananın müalicə müəssisəsində olan Timoşenko məhkəməyə gəlməkdən heç vaxt imtina etmədiyini, ona qarşı irəli sürülən yeni ittihamların «hamısını isə siyasi motivli» olduğunu bildirib.