Bu gün Gürcüstan prezidenti Mixail Saakaşvilinin istefası tələbi ilə onun Avlabaridə yerləşən iqamətgahının qarşısında aksiya keçiriləcək.
Lent.az-ın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, bunu Tetrebi Partiyasının sədri Temur Şaviaşvili və “Cəmiyyətin Hüquqları Uğrunda” Birlik İctimai Birliyinin sədri Mixail Andquladze bəyan ediblər.
Bəyanatda bildirilir ki, əgər aksiyadan sonra Mixail Saakaşvili istefa verməzsə, yanvarın 20-də bu tələblə daha geniş masştablı aksiya keçiriləcək. Bəyanat müəllifləri hesab edirlər ki, Mixail Saakaşvilinin ikinci prezidentlik müddəti yanvarın 20-də başa çatır və o, prezident kürsüsünə saxta seçkilər vasitəsi ilə yiyələnib.