Gürcüstan prezidenti Mixail Saakaşvili sonuncu dəfə parlamentin iclasında illik hesabatla çıxış edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, fevralın 8-nə planlaşdırılan çıxışın hansı formatda olacağı çoxluq və azlıqda olan deputatlar tərəfindən müzakirə olunur.
Qeyd edək ki, Gürcüstan prezidentinin səlahiyyət müddəti 2013-cü ilin payızında başa çatır. M. Saakaşvili iki dəfə seçkilərdə qalib gəlib və Gürcüstan Konstitusiyası bundan sonra ona prezidentliyə namizəd kimi seçkilərdə iştirak hüququ vermir.