Gürcüstan prezidenti Mixail Saakaşvili hər il Tiflisdə Milli Kitabxanadan ölkə vətəndaşlarına müraciət edir.
Lent.az-ın məlumatına görə, prezidentin mətbuat katibi Manana Mancqaladze bildirib ki, o, çıxış yerini dəyişib. Prezident Tiflisdəki iqamətgahından müraciət edib.
Buna səbəb etirazçıların kitabxananın ətrafına toplanması olub. Bu üzdən prezidentin çıxışı iki saat ləngiyib.
Mətbuat katibi məsələ ilə bağlı deyib: «Biz qan tökülməsini və zorakılığı istəmədiyimizdən, prezident iqamətgahında çıxış edib».
Bir müddət öncə Mancqaladze Saakaşvilinin kitabxanadakı çıxışının əngəllənəcəyini bildirmişdi. Onun sözlərinə görə, bu aksiyanın məsuliyyəti hökumətin üzərinə düşür, onun «təşkilatçısı» baş nazir Bidzina İvanişvilidir.
Mətbuat katibi əlavə edib ki, məhz baş nazirin göstərişi ilə prezidentin parlamentdə çıxışına icazə verməyiblər.
Prezident hər il ali qanunverici orqanda çıxış edir. Bu dəfə fevralın 8 –də onun çıxışı gözlənilirdi. Ancaq parlamentdəki çoxluğun qərarına əsasən, ölkə Ana Yasasında edilmiş dəyişiklik hələ prezidenti səlahiyyətlərinə aydınlıq gətirilmədiyindən Saakaşvilinin orada çıxışına icazə verilməyib.