2013-cü il dekabrın 17-də rüşvət və korrupsiya əməliyyatı zamanı tutulan iş adamı Rza Zərrabla bağlı sensasiyalı xəbər yayılıb.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, həbs edilməzdən bir həftə öncə o, Qayrettəpə Yol Polis şöbəsinə gedərək, İran vəsiqəsini Türkiyə vəsiqəsinə dəyişib.
Mənbə bildirib ki, cangüdənləri ilə birlikdə təhlükəsizlik idarəsinə gedən Rza Zərrab qısa bir müddətdə işlərini başa çatdıraraq, oranı tərk edib.
İşlərini sürətləndirmək üçün ona qurumdakı yüksək səlahiyyətli məsul şəxsin yardım etdiyi və sonradan onun da tutduğu vəzifədən azad olunduğu haqda məlumat yayılıb.