Finlandiyanın gömrük xidməti Avropa Birliyində mövcud olan qaydalardan yan ötərək, Helsinki limanından qaçaqyolu ilə silah aparılması cəhdinin qarşısını alıb.
Lent.az-ın «nyusru» -ya istinadən məlumatına görə, «Finnsun Finnlines» gəmisinə baxış keçirilən zaman oradan tank üçün ehtiyat hissələri olan konteyner aşkarlanıb.
Konteyner Rusiyadan Suriyaya göndərilirmiş. Yük gömrük qətnaməsində ticarət məhsulu kimi göstərilib. Qurumun qəbul etdiyi sanksiyaya əsasən, Avropa Birliyinə daxil olan dövlətlərə Suriya üçün silah – sursat tədarükü yasaqlanıb.
Ona görə də konteyner müsadirə edilib. Qaçaqmalçılıq faktı üzrə yoxlama başlayıb.
«Rosoboroneksport»-un təmsilçisi Vyaçeslav Davidenko bildirib ki, həmin yükdən onlar xəbərsizdir. Onun sözlərinə görə, tankın ehtiyat hissələrini başqaları ilə dəyişik salmaq mümkündür.
Bir müddət öncə şirkətin diektoru Anatoli İsaykin isə bildirmişdi ki, «Rosoboroneksport» Suriyaya əsasən, vətəndaş savaşında istifadə edilməyən Hava Hücumundan Müdafiə sisteminə aid qurğular gönədirir.
Qeyd edək ki, Rusiya Bəşar Əsəd hakimiyyətinə silah satan əsas dövlətdir. 2011-ci ildə Moskva bu ölkəyə bir milyard dollarlıq çeşidli silah və döyüş avadanlığı satıb