“Dağlıq Qarabağ danışıqların müəyyən mərhələsində bu prosesə qayıtmalıdır”.
Lent.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, bu sözləri ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov dünən İrəvanda qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Saakyanla görüşdən sonra keçirdiyi brifinq zamanı deyib.
O bildirib ki, bu məsələ lazımdır, çünki nəticədə Dağlıq Qarabağda yaşayan əhalinin taleyi həll olunacaq: “Biz hesab edirik ki, əsas prinsiplər üzərində iş bitdikdən sonra bu mərhələdə nə etməyi müzakirə edə bilərik”.
Həmsədr təmas xəttindəki vəziyyət barədə danışıb. O, hazırda cəbhə xəttində vəziyyətin onların istədiyi kimi olmadığına təəssüf etdiyini bildirib: “Təəssüf ki, hələ də insanlar ölməyə davam edir”.