Rusiya Hava Nəqliyyata Federal Agentliyi əl yükündə mayelərin daşınması qaydalarının sərtləşdirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, sərnişinlərin əl yükündəki istənilən maye və şəxsi gigiyena vəsaitinin baqaja verilməsi təşviq edilir.
Uçuş zamanı əsası tələb edilməklə dərmanlar, eləcə də aviasiya təhlükəsizlik xidməti tərəfindən yoxlanıldıqdan sonra şəxs gigiyena vəsaitinin əl yükündə aparılmasına icazə verilir.
Beləliklə, bundan sonra bütün kosmetik vasitələr, dərmanlar, mayelər, istənilən həcmdə aerozol və gelin baqaja verilməsi tələb olunur.
Şeremetevo hava limanı mətbuat xidmətindən bu tədbirlərin müvəqqəti xarakterli olduğu bildirilib.